Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü UTECA-da "Beynəlxalq Sülh Günü" ilə bağlı keçirilmiş tədbirdə iştirak etdi

0

  •        Sentyabrın 20-də Azərbaycan Texnologiya Universitetində "Beynəlxalq Sülh Günü" ilə bağlı dəyirmi masa ətrafında tədbir keçirildi. Tədbirdə Universitetin rektoru Akif Süleymanov, pedaqoji kollektiv və tələbələr iştirak etdilər. 

            Əvvəlcə Respublikamızın Dövlət Himni səsləndirdi.

            Sonra torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

           Tədbiri giriş sözü ilə açan Akif Süleymanov “Beynəlxalq Sülh Günü”nün yaranma tarixindən məlumat verdi. Bildirdi ki, BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

            Akif Süleymanov torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də sülhün xüsusi əhəmiyyət kəsb etdiyini dedi. 
           
           Dəyirmi masa ətrafında çıxış edən natiqlər “Beynəlxalq Sülh Günü” ilə bağlı öz fikirlərini bölüşdülər. 

            "Xocalının səsi" qəzetinin redaktoru, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Texnologiya Universitetinin Kommersiya ixtisası üzrə qiyabi təhsil alan tələbəsi Qalib Quliyev tədbirdə "Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneələr" adlı mövzu ətrafında çıxış edərək Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, təcavüzkar siyasətindən danışdı. Bildirdi ki, BMT TŞ-nın münaqişəyə dair qəbul etdiyi 4 qətnaməsinə məhəl qoymayan Ermənistan qeyri-konstruktiv mövqe göstərərək ATƏT-in Minsk qrupunun Lissabon prinsiplərinə əsaslanan təkliflərlə də razılaşmadı. 

            Dünya birliyinin "ikili standartlar" prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir.

            Üç il əvvəl Aprel döyüşlərində keçirilən hərbi əməliyyatlar bir daha təsdiqlədi ki, Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir. Bununla belə Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllini gözləyir.

           Ümid edirik ki, danışıqlar məsələnin həllinə gətirəcək. Məsələnin həlli isə çox sadədir - erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalı, Azərbaycan vətəndaşları öz torpaqlarına qayıtmalıdır. Bundan sonra sülh və təhlükəsizlik təmin oluna bilər.

             Tədbirdə sülhün əhəmiyyətini və həqiqi mənasını əks etdirən videoçarx nümayiş olundu.




















    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib54 dəfə
    “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü UTECA da "Beynəlxalq Sülh Günü" ilə bağlı keçirilmiş tədbirdə iştirak etdi

    Maraqlı gələ bilər
    53
    0